Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərdə bu vərdiş sonsuzluq və impotensiyaya səbəb olur

  • 2021.01.23 16:29
  • 3542 Baxış
Kişilərdə bu vərdiş sonsuzluq və impotensiyaya səbəb olur

Kişilərdə sonsuzluğun səbəbləri arasında daim oturmaqda var. Xüsusilə artıq çəkili və kifayət qədər hərəkət etməyən kişilərdə əvvəlcə cinsi istək azala, sonra sperma keyfiyyəti aşağı düşə bilər.


Medicina.az xəbər verir ki, araşdırmalar nəticəsində bəlli olub ki. davamlı olaraq idmanla məşğul olan sağlam kişilərin sperma keyfiyyəti digər həmcinsləri ilə müqayisədə daha yaxşıdır.

Çində edilən bir araşdırma zamanı, yaş ortalaması 28, ideal çəki, cinsi yolla keçən xəstəlik və radiasiaya məruz qalmayan 746 şəxsin spermaları tədqiq edilib. Araşdırma əsnasında onların yaşam tərzi, idmanla məşğul olmaları,sağlıqlı qidalanmaları və s. kimi parametrlərə də üstünlük verilib. Komğüter qarşısında işləyən və uzun müddət televizor izləyən kişilərin sperma parametrlərində dəyişiklik olub.

Mütəxəssislərin fikrinə görə, həddən artıq sakit yaşam tərzi həm də diyabet, ürək-damar xəstəlikləri yaradır. Əgər işiniz oturaq şəraitdədirsə,o zaman heç olmasa hər gün piyada yeriməyi yoxlayın.