Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərdə bağırsaq xərçəngini yaradan – 7 AMİL

  • 2023.08.09 18:12
  • 1036 Baxış
Kişilərdə bağırsaq xərçəngini yaradan  – 7 AMİL

Qlobal xəstəlik hesab olunan xərçəng hələ də aktual mövzu olaraq qalmaqdadır. Onkoloq Vorobyov bu sahədə araşdırma edib. O, 50 yaşdan kiçik insanlarda bağırsaq xərçəngi riskini artıran 7 amili müəyyənləşdirib.


“Medicina” xəbər verir ki, onkoloqun tədqiqatına əsasən, gənc kişiləri daha yüksək risk altında qoya biləcək səbəblər çoxşaxəlidir. 35-49 yaş arası kişilərdə aparılan araşdırmaya əsasən aşağıdakı səbəblər bağırsaq xərçənginə gətirib çıxara bilər.
Alkoqol istehlakı;

Yüksək sığorta ödənişi (bu səbəbdən insanların tibbi yardım almaq ehtimalı azdır);

Genetik faktorlar - bağırsaq xərçəngi olan valideyn, qardaş və ya xala kimi birinci və ya ikinci dərəcəli qohumun olması;
Siqaret çəkmək;

Statin, aspirin və ya ibuprofen kimi qeyri-steroid tərkibli dərmanların qeyri-müntəzəm istifadəsi.

“ Bu amillərə diqqət yetirmək vacibdir çünki kolon xərçənginə daha gənc yaşda tutulma ehtimalının yüksək olduğunu bilirik, baxmayaraq ki, 45-54 yaş qrupunda risk daha azdır. Lakin bu o demək deyil ki, biz test üçün daha yüksək risk altında olan gəncləri müəyyən etməyə çalışmamalıyıq”.

Xanım