Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilərdə aşağı testosteronun 10 əlaməti

  • 2024.04.08 14:00
  • 761 Baxış
Kişilərdə aşağı testosteronun  10 əlaməti
Məlumdur ki, testosteron səviyyəsi aşağı olan kişilərin libidosu və əzələ kütləsi az olur.

Mütəxəssislər "kişi menopozu" olaraq da adlandırılan aşağı testosteronun cinsi problemlərdən kişilərin sağlamlığına başqa hansı təsirlərinin olduğunu araşdırıblar.

Medicina.az xəbər verir ki, ABŞ-da yerləşən Viskonsin Universitetinin hesablamalarına görə, aşağı testosteron problemi 50 yaşlarında olan kişilərin təxminən 12 faizinə, 60 yaşlarında olanların 19 faizinə, 70 yaşlarındakıların 28 faizinə və 80 yaşlarındakıların 49 faizinə təsir edir.

Kişilərdə testosteron səviyyəsi 20 yaş ətrafında ən yüksək olur və təbii olaraq yaşla azalır. Otuz yaşlarının ortalarına çatan kişilərdə testosteron ildə ən azı bir faiz azalır.

Ancaq bəzi kişilər hər yaşda testesteron çatışmazlığı yaşaya bilərlər.

Kişidə testesteronun səviyyəsinin az olduğunu göstərən əlamətlər:

1. Cinsi istəksizlik
2. Zəiflik
3. Depressiya
4. Yaddaş problemləri
5. Tükənmişlik
6. Əzələ kütləsinin azalması
7. Qarın piylərinin artması
8. Sümüklərin zəifləməsi
9. Diabet
10. Ürək xəstəlikləri


Aysel