Bəzi qidalar var ki, yaşlandıqca qəbul edilməsi önəmlidir. Əsasən də kişilər rasiona diqqət yetirməlidirlər.
“Medicina” xəbər verir ki, endokrinoloq Aleksandr Yurçenkonun sözlərinə görə, qocalma bir çox qida, vitamin və mikroelementlərin əhəmiyyətli dərəcədə itkisi ilə müşayiət olunur, onların kifayət qədər qəbulu isə bunun qarşısını alır.
Vitamin D. Xərçəngin qarşısının alınması, sümük sağlamlığı, sinir sistemi və immunitet üçün vacibdir. Kişi orqanizmində bəzən bu vitamin çatışmır, çünki onu yeməkdən qəbul etmək çətindir. Nə edə bilərsiniz: Xüsusilə günəşli günlərdə daha tez-tez açıq havaya çıxın və həkim məsləhəti ilə vitamin əlavələri qəbul edin
Liflə zəngin qida. Kişilər aşlandıqca, lazımi miqdarda kifayət qədər lif almalıdırlar - bu, kolon xərçəngi, eləcə də ürək xəstəliyi riskini azaldır.
Omeqa-3 yağ turşuları. Həkim bildirdi ki, kişilər kifayət qədər omeqa-3 yağ turşularını istehlak etməlidir, çünki orqanizm bu qidanı özbaşına istehsal edə bilməz. Onun olmaması ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir, bu da yaşla kişilərdə xüsusilə həssas olur.
Kalium. Qan təzyiqini tənzimləməyə kömək edir; ürək xəstəliyi riskini azaldır, əzələlərin daralması və rahatlama proseslərinə nəzarət edir.
B qrupunun vitaminləri. Bədəndə onların çatışmazlığı nevroloji problemlərin və beyin xəstəliklərinin inkişafına kömək edir. Kişilər əlavələr və ya qida şəklində kifayət qədər B vitaminləri almalıdırlar.
Günay Quluzadə