Məlumdur ki, testosteron hormonu yaşlaşdıqca azalır. Lakin bu hormonun orqanizmdə kəskin azalması kişi sağlamlığına ciddi ziyan vura bilər. Testosteron səviyyəsini yüksək tutmaq kişilərdə əzələ və sümük sistemini yaxşılaşdırır, səsi dərinləşdirir, cinsi istəy artırır. Bəs testosteron səviyyəsinin aşağı olması nə deməkdir?
Medicina.az xəbər verir ki, testosteronun səviyyəsinin aşağı olması , bir desilitr qana hormonun 300 nanoqramdan az olması deməkdir
Testosteronun səviyyəsinin aşağı olmasının əlamətləri:
- zəif cinsi istək
- erektial disfunksiya
- əhval-ruhiyənin tez-tez dəyişməsi
- yorğunluq
- yuxu pozuntuları
Kişi cinsi hormonu olan testorsteronu artırmaq ücün hansı qida məhsullarından istifadə etmək lazımdır?
Zülal tərkibli qidalar
Zülallar bütün süd və ət məhsullarının tərkibində olur.
Dəniz məhsullar
Bu məhsulların tərkibi sink, selen, xolesterinlə zəngindir. Bu maddələr isə testesteronun hazırlanmasında çox mühüm rol oynayır. Dəniz məhsullarının tərkibindəki Omeqa 3-6 tipli yağ turşuları cinsi hormonların tərkibinə daxildir.
Vitamin və mineral maddələrlə, aldosteronla zəngin məhsullar
Aldosteron ikincili cinsi əlamətlərin inkişafını stimullaşdırır. Aldosteronla zəngin məhsullar bunlardır: badımcan, kələm, kərəvəz, kök, pomidor, avakado. Bunların tərkibi C, B, E, A, K, Ca, Na, Fe, Zi ilə zəngindir.
Müxtəlif ot bitkiləri
Bu qrup bitkilər qanda testosteronun artmasına kömək edir: jenşen, kərəvəz, cəfəri, keşniş, sarımsaq, soğan, şomu.
Meyvə və tərəvəzlər
Bunlar luteinlə zəngindir. Lütein testosteron ifrazını artırır. Qarpız , xurma, üzüm, giləmeyvələr, ərik, şaftalı, banan, əncirin tərkibində mövcuddur.
Kişilərdə hormonları azaldan ədviyyatlardır.
Bunlara aiddir: sarıkök, hil, karri. Qırmızı çaxır da bu təsirlərə malikdir.
Bütün növ çərəzlər
Qoz, fındıq, badam və s. bu kimi bütün çərəzlər testosteren səviyyəsinin yüksəlməsinə kömək olur.
Balqabaq və günəbaxan tumları
Bu tumları requlyar qəbul etdikdə testosteronun miqdarı artır. Tərkibləri E, Zn, B qrupu, A, D vitaminləri ilə zəngindir.