Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan

  • 2022.09.06 15:05
  • 2754 Baxış
Kişilər üçün ata olmağın ideal yaşı  - Androloqdan


Androloq kişilərdə döllənmə, ata olmaq üçün orqanizmin ideal uyğun olduğu dövrü açıqlayıb.



"Medicina" xəbər verir ki, uroloq-andoloq Andrey Dmitriyev kişi reproduktiv sisteminin ideal dövrünün 25-28 yaş arası olduğunu deyib.

"Kişilər üçün qadınlardan fərqli olaraq, kəskin vaxt məhdudiyyəti yoxdur. Kişi istənilən yaşda ata ola bilər. Amma orqanizm zərərli vərdişlərdən və stresdən yaşlandıqca tükəndiyi üçün zamanla


bu hər yaşda uğurlu olmaya bilər. Ən məhsuldar dövr 25-28 yaş arasındadır. 80% kişilərdə bu period 40 yaşına kimi davam edir.
Spermin yaşla bağlı hərəkətliliyi düşür, alkoqol və siqaret onun hüceyrələrini zədələyir.


Hamilə qalmağa infeksiyalar, xəstəliklər də təsir edir. Ona görə 30 yaşdan sonra kişilər də qadınla birgə hamiləlik planlamasına hazırlaşmalıdır.


3 ay əvvəldən siqaret, içkini azaltmalı, qidalanmaya fikir verməlidir.

3 ay ərzində spermlərin tam yenilənməsi baş verir, mayalanmaya hazır olur. Siqaret, içki, energetik içki, eləcə də aşağı çanaq hissənin isidilməsi, saunadan uzaq durmaq lazımdır.

Aygün Musayeva