Sonsuzluq, spermanın keyfiyyətində problemlər yaşayan və bununla bağlı kiməsə dərdini danışıb, həkimə getməkdən utanan, çəkinən kişilər üçün yeni mobil tətbiq hazırlanıb.
Medicina.az xəbər verir ki, yeni proqramı dat kompaniyası hazırlayıb.
Onlar hesab edir ki, indiyə qədər qadınlar üçün çox tətbiqlər icad olunub, ovulyasiya belə telefonla hesablanır. Amma kişiləri düşünən olmayıb.
Sorğular göstərib ki, 25-55 yaşlı kişilər sperma və cinsi problemləri mövzusunda narahatdır, amma onların cəmi 18%-i həkimə müraciət edir.
Sperma azlığı, keyfiyyətinin düşməsi, toxumun hərəkətsizliyi kişi sonsuzluğunun birinci səbəbləridir.
Evdən çıxmadan öz sperminin keyfiyyətini yoxlamaq üçün kişi analiz nümunəsini xüsusi cihazın üzərinə qoyub, smartfonun kamerasını ona istiqamətləndirəcək.
Proqram spermin görüntüsünü analiz edib, rəy verəcək. Proqram klinikalardakı alqoritmə uyğun hazırlanıb.
Analizin cavabından əlavə, proqram kişiyə spermanın keyfiyyətini artırmaq üçün proqram, 3 aylıq plan verir. 3 aydan sonra bunlara əməl edən kişi yenidən sperma analizini telefonla edə bilib, fərqi müqayisə edə bilər.