Boşanmalar da ona görə artır ki, cütlüklər nə evlənməmişdən qabaq, nə də sonra psixoloqa müraciət edirlər. Hətta boşanmadan əvvəl də gəlmirlər.
Azərbaycanda son illər ayrılma, boşanmaların sayı statistikada rekord vurur. Bir çox ailələr seksoloqa, psixoloqa görünmədən, problemi çözmədən, bir-birinin nə istədiyini bilmədən dağılır.
Qadınla kişilərin ayrılma səbəbləri müxtəlif görünə bilər, əslində isə hər ikisinin səbəbi eynidir: intim münasibətlər, anlayışsızlıq.
Medicina.az xəbər verir ki, klinik psixoloq, seksoloq Təhmasib Cavadzadə lent.az-a müsahibəsində bir çox insanların niyə evləndiklərini bilmədiklərini və kor-koranə ailə qurduqlarını deyir.
"Ailələrin düzgün şəkildə ailə qurmayanlardı. Məsələn, evlənəndə ya ailənin məsləhəti ilə, ya da sevgi yox, ehtiras üzərində ailə qururlar. Bundan başqa, oğlanla qız bir-birilərini düzgün dəyərləndirmirlər, xarakterlərini kəşf etmirlər. Nə qədər ki, evlənməyiblər bir-birilərinin istədiyi kimi davranırlar. Amma evlənəndə isə özləri olurlar.
Çox xanım deyir ki, mən evlənməmişdən qabaq yoldaşım belə deyildi, indi dəyişib. Çünki tanışlıq müddətində onlar maskalanmışdı. Heyvanlarda da var bu. Erkək gəlib dişinin qabağında mahnı oxuyur. Bu zaman da dişi özünə tərəfmüqabil seçir. İnsanlar da özlərini ideal şəkildə göstərirlər, maskalanırlar. Amma anlamalıdırlar ki, maskalanmaq çox uzun çəkmir. Ona görə də ailə qurandan sonra tamam başqa insana çevrilirlər. Maskalanmağa da ona görə ehtiyac duyurlar ki, özlərini qəşəng göstərsinlər.
Boşanmalar da ona görə artır ki, cütlüklər nə evlənməmişdən qabaq, nə də sonra psixoloqa müraciət edirlər. Hətta boşanmadan əvvəl də gəlmirlər.
Mən Tehran seks klinikasında (İran seks institutu) işləyəndə insanlar evlilikdən qabaq gəlirdilər. Biz onları, xarakterlərini şəxsiyyətlərini analiz edirik ondan sonra onlara evlənə bilərlər ya yox və yaxud da evlənsələr, bu nöqtələrə riayət etməlidirlər onu deyirdik.
Çox vaxt deyirlər ki, psixoloqlar cütlüklərə boşan deyir...
Psixoloqlar görür ki, artıq yara infeksiya verib və bunu sağaltmaq mümkün deyil.
Yəni, evlilik kökdən səhv olub, biz o zaman da boşan demirik, hər şeyi onlara göstəririk və qərarı onlar verir. Boşanan ailələrin bəlkə də çoxunu düzəltmək olardı. Çünki onlar bir-biriləri ilə danışmırlar, narazı olduqları şeyləri demirlər. Bəzən deyirlər psixoloqa niyə gedim ki, dəli deyiləm ki? Psixoloq dəlilər üçün deyil. Böyrək xəstəsi ilə ruhi xəstənin heç bir fərqi yoxdur. İkisinin də orqanında problem var. Birinin böyrəyində digərinin də beynində problem. Bunu cəmiyyət başa düşmür. Qaçırlar birinci məhkəməyə, sonra da qırğın-dava və bitdi.
Ümumiyyətlə, boşanmaq istəyən insanlardan soruşmaq lazımdır ki, sən niyə evlənmisən? Ailə həyatının yükünü daşımağa hazır idin?
Onlar çox vaxt belə deyir: Hə, valideynlərim məsləhət gördü, ev qızı idi, yaxşı qız idi... Axı sən ev qızını alıb, universitetdə oxuyan və digər qızlarla gəzirsən. İnsanlar nə istədiklərini bilmirlər. Əsas problem budur və qlobaldır.
Soruşanda ki, əvvəldən o qız səni cəzb edirdi? Deyir, yox, yaxşı qız idi deyə evləndim. Bax, səhv burdadır. Bunu alacam, sonra gedib başqasıyla gəzəcəm söhbəti. Axı o da axırda üsyan edəcək. Oğlan gəzəcək və öz həyat yoldaşına yaxın durmayacaq. O zaman qız da başqası ilə görüşəcək. Sonra da oğlan qızı öldürür və deyir mən yaxşı oğlanam. Hamı biləcək də sən arvadını niyə öldürmüsən. Deyəcəklər arvadı gəzirdi ona görə. Guya qeyrətini yudu. Və bu heç vaxt yaddan çıxmayacaq.
Mən özüm cəzaçəkmə müəssisəsində işləyirəm və hər şeyi də yaxşı görürəm. Seks ehtiyacı mütləq ödənilməlidir. Yoxsa, həyat yoldaşı heç vaxt açıq formada demir ki, sən mənim seks ehtiyacımı ödəmirsən mən ona görə sənə qarşı aqressivəm. Yemək qoyanda qabı çırpır, xırda bir şeyin üstündə dava edirlər. Ailəni saxlayan ehtiyaclardan biri də seksdir. Ailəni bir-birilərinin cinsi ehtiyacını ödəməklə saxlayırlar".