Amerikalı bioloqlar meymunçiçəyi infeksiyasının yayılması mexanizminin daha bir səbəbini açıqlayıb.
"Medicina" xəbər verir ki, alimlər virusun cinsi hüceyrələrə keçməsini istisna etməyib.
Yoluxub sağalmış kişilər sonradan cinsi əlaqə ilə digər insanları yoluxdura bilər.
"Biz müəyyən etdik ki, virus hissəcikləri toxum mayerində yığılır və sağalandan sonra da orda qalır.
Bu onu sübut edir ki, sağalmış kişilər cinsi əlaqə ilə meymunçiçəyini partnyoruna asanlıqla keçirə bilir" - deyə Çzen Syankun deyib.
ALimlər 20 makaka meymunu üzərində infeksiyanın gedişini izləyib.
Onlar virusun nəyinki dəri və selikli qişalarda, həmçinin toxum daxilində olduğunu aşkarlayıb.
Müəyyən olunub ki, virus sağalandan 3-6 həftə boyunca toxum hüceyrələrində qala bilir.
Aygün Musayeva