Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilər koronavirusu daha ağır keçirirlər - SƏBƏB

  • 2021.04.08 09:42
  • 1624 Baxış
Kişilər koronavirusu daha ağır keçirirlər -  SƏBƏB
Qadınlarla müqayisədə kişilər COVİD-19-a yoluxma zamanı xəstəliyi daha ağır keçirirlər.

Medicina.az xəbər verir ki, bunu Trend-ə həkim Emil Qasımov deyib.

Bu halı kişilərdə Y xromosomunun olması ilə əlaqələndirən həkim qeyd edib ki, immun sistemini idarəedən xromosomların çoxu X xromosomlarında olduğu üçün kişilər xəstəliyi daha ağır keçirirlər.

Onun sözlərinə görə, COVİD-19 virusuna yoluxma zamanı xəstəliyin daha ağır keçirilməsinə ümumilikdə 5 risk faktoru təsir göstərir.

Həkim əlavə edib ki, yaşın 60-65-dən yüksək olması xəstəliyin ağır keçirilməsi ehtimalını artırır. Bundan başqa, yanaşı xəstəliklərin olması da risk ehtimalını yüksəldir. Şəkər xəstəliyi, yüksək təzyiq, onkoloji xəstəliyi olanlar, kök insanlar risk qrupuna daxildirlər:

"Bəzən görürük ki, bir şəxs xəstəliyi ağır, evdəki digər ailə üzvləri isə yüngül keçirirlər, amma 10 gün sonra onun bacısı, qardaşı ağır vəziyyətdə xəstəxanaya gətirilir. Bu, onu göstərir ki, xəstəliyin ağır keçirilməsində digər risk faktoru genetik amillərdir. 5-ci faktor isə daha çox qapalı mühitdə işləyənlər, tibb işçiləri arasında müşahidə edilir. Viral yükə nə qədər çox məruz qalarsansa, xəstəliyi bir o qədər ağır keçirmə ehtimalı çoxalır”.