Britaniya alimləri kişilərin hansı yaşdan sonra özlərini daha yaxşı, komfortlu hiss etdiyini və həyatdan zövq aldıqlarını müəyyən edən araşdırma aparıb.
“Medicina” xəbər verir ki, onlar 1000 kişi arasında sorğu aparıb.
Məlum olub ki, kişilər həyatı 50 yaşdan sonra anlayır və yaşamaqdan zövq almağa başlayır.
Bu yaşa qədər onlar problemlər və iş səbəbindən həyatı tam yaşaya bilmir, maddi problemlər onlara həyatı anlamağa və rahatlaşmağa imkan vermir.
Kişilər üçün ən ağır yaş dövrü isə 32-37 yaş arasıdır. Burda atalıq yaşının piki yaşanır.
50 yaşa doğru onlar özləri üçün yaşamağa imkan tapır.
Eləcə də alimlər yaşlandıqca kişilərin daha çox nədən qorxduğunu tapıb: bunlar evsiz qalmaq, impotensiya, keçəlləşmə və pulsuzluqdur.
Aygün