Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prostat xəstəliklərinə aid bilmədiyiniz hər şey bu yazıda - RESEPTLƏRKİŞİLƏR, DİQQƏT!

  • 2019.07.03 13:40
  • 32762 Baxış
Prostat xəstəliklərinə aid bilmədiyiniz hər şey bu yazıda - RESEPTLƏR KİŞİLƏR, DİQQƏT!

 

Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Medicina.az-ın indi təqdim edəcəyi material sürətlə yayılan bu problemdən bəhs edəcək.

 

 

Prostat vəzinin quruluşu.

 
Prostat vəzi – kiçik çanaqda, sidikliyin altında, sidik cinsiyyət diafraqmasının üzərində, qasıq bitişməsinin arxasında, düz bağırsağın önündə yerləşir və boz rəngdə olub sərt konsistensiyalıdır.
Prostat vəzinin çəkisi 20-25 q, köndələn ölçüsü 4 sm, boylama ölçüsü 3 sm, qalınlığı 2 sm-ə qədərdir. Prostat vəzinin əsası sidikliyin yuxarı hissəsinə, zirvəsi isə sidik cinsiyyət diafraqmasına baxır. Prostat vəzinin ön və arxa səthləri var. Vəzin ön səthi qasıq bitişməsinə, arxa səthi düz bağırsaq ampuluna söykənir.

 

 

PROSTAT VƏZİNİN ADENOMASI NƏDİR?

 

 
Prostat vəzinin adenoması - prostat vəzinin xoşxassəli şişidir. Buna görə də bu xəstəliyin digər rəsmi adı – prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi). Bu durum kişilər arasında çox yayılmış xəstəlik olub, adətən, yaşı 40-dan yuxarı olan insanlarda rast gəlinir. Prostat vəzinin adenomasının əmələ gəlməsinin əsas səbəbi bugünə qədər hələ də dəqiq müəyyən edilməyib. Ancaq xəstəliyin daha çox yaşlı kişilərdə inkişaf etməsini nəzərə alaraq, həkimlər onun əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar isə aşağıdakılardır:
 

•    İrsiyyət faktoru

 

 

•    sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri

 

 

•    Sidik-cinsiyyət üzvlərinin travmaları

 

 

•    oturaq iş və yaşayış tərzi

 

 

•    spirtli içkilərin qəbul edilməsi

 

 

•    tez-tez baş verən qəbizliklər

 

 

•    qaydasız cinsi əlaqələr

 

 

•    immunitetin zəifləməsi və s

 

 

 

XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ

 

 

Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər. Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və bir müddət müəyyən qədər güc verməli olur. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilir.

 

 

Xəstəliyin ikinci mərhələsində sidik ifrazı pozğunluqları daha da artmağa başlayır. Sidik ifrazının tezliyi daha da artır, axşamlar xəstə sidik ifrazına bir neçə dəfə durur. Bəzi hallarda sidik ifrazı dayanmış olur və xəstə uzun müddət sidik ifraz edə bilmir. Xəstədə sidik ifrazının əvvəlində və sonunda ağrı olur, aralıq, qasıq, xayalıq nahiyəsində sızıldayan ağrılar, ereksiya və toxum xaricetmə pozğunluqları baş verir. Kişilərdə normal sidiyəgetmə prosesindən sidik kisəsində qalıq sidik qalmamalı və onun həcmi 12 ml-dən az olmalıdır. Prostat adenoması olan kişilərdə isə sidik ifrazından sonra sidik kisəsində 100 ml-dən çox sidik qalması probemin olduğunu göstərir.

 

 

Əfsuslar olsun ki, kişilər əksər hallarda, hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda da həkimə müraciət etməyə tələsmirlər. Bu isə yolverilməzdir! Çünki vaxtında müalicə olunmadığı hallarda prostat vəzinin adenoması bir sıra çox ağır fəsadlara səbəb olur:

 

 - sidik ifrazının kəskin şəkildə dayanması – bu zaman prostat vəzinin adenoması sidik kanalını tam şəkildə bağladığı üçün sidik ifrazı mümkün olmur

 

 

- xroniki sistit və pielonefrit - sidik kisəsi və böyrəklərin iltihabi zədələnməsi

 

 

- xroniki böyrək çatışmazlığı

 

 

- sidik kisəsində daşların əmələ gəlməsi

 

 

- adenoması olan prostat vəzinin genişlənmiş venoz damarlarından qan axması. Bu hal təcili cərrahi əməliyyat olunmasını tələb edir

 

 

- sidik kisəsi divarının əzələ qatının kəskin şəkildə nazikləşməsi və s.

 

 

 
Bundan başqa, həzm sistemi və həmçinin cinsi funksiyaların pozğunluqları da qeyd edilir.
Prostat vəzinin adenoması müalicəyə tabe olan xəstəlik hesab edilir. Bu halda xəstə müalicə məqsədi ilə tibbi yardım alınması üçün həkimə nə qədər tez müraciət edərsə, xəstəliyin müalicəsi daha yüngül və tez baş verər. Xəstəliyin medikamentoz (dərmanlarla) müalicəsi yalnız ilkin dövrlərdə (xəstə sidiyə sərbəst şəkildə gedə bilir və sidiyin sidik kisəsindən ifrazı tam şəkildə olur) effektiv olur. Xəstəliyin daha gecikmiş formalarında isə həkimlər yalnız cərrahi müdaxilədən istifadə edirlər. Məhz buna görə, sidik ifrazı pozğunluğunun ilkin olaraq baş verdiyi hallarda həkimə müraciət edilməsi çox böyük əhəmiyyətə malikdir.

 

 

 

 

Bəzi kişilərdə bu nasazlıqdan törəyən sonsuzluq və ya hormonal problemlər olduğundan cinsi münasibət qura bilmirlər. Bundan xilas olmaq üçün türkəçarə reseptini təqdim edirik.

 

 

Lazım olanlar:

 

 

•    1 st bal

 

 

•    1 xörək qaşığı təmizlənmiş çiy balqabaq tumu

 

 

•    1 xörək qaşığı təmizlənmiş çiy günəbaxan tumu

 

 

•    1 xörək qaşığı təmizlənmiş qoz ləpəsi

 

 

•    1 xörək qaşığı təmizlənmiş fındıq ləpəsi

 

 

•    Bir az zəfəran, darçın, qara bibər

 

 

Bunların hamısı yaxşıca əzilib bala qarışdırılır. Səhər acqarına və axşam yatmazdan əvvəl bir çay qaşığı udulur. Həmin qarışıq, hətta sperma sayını artırır, hissiyyatı gücləndirir və sonsuzluğu aradan qaldırır. Bu resept həmçinin prostatda iltihabi proseslərin qarşısını alır və qan dövranını gücləndirir. Bu reseptlə cinsi zəiflik problemi aradan qaldırılır.

 

 

Digər bir türkəçarə üsulunu təqdim edirik.

 

 
 Soğan qabığı dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl olmaqla gündə 3 dəfə qəbul edilir. Müalicə üsulu 5 gün davam etdirilir, 5 fasilə verilir və fasilə vaxtı duz vannaları qəbul edilir. Kətan parçası duzlu suda isladılır və aşağı ətraflara bükülür. 5 gün davam etdikdən sonra növbəti 5 gün soğan dəmləməsi içilir. Gün ərzində 20-30 ədəd balqabaq toxumu yeyilməsi də yaxşı təsir göstərir. Onu da vurğulamaq lazımdır ki, balqabaq tumundan əldə edilən yağ da faydalı xüsusiyyətlərə malikdir. Prostat xəstəliklərinə aid bilmədiyiniz hər şey bu yazıda - RESEPTLƏR KİŞİLƏR, DİQQƏT!
Prostat xəstəliklərinə aid bilmədiyiniz hər şey bu yazıda - RESEPTLƏR KİŞİLƏR, DİQQƏT!
Prostat xəstəliklərinə aid bilmədiyiniz hər şey bu yazıda - RESEPTLƏR KİŞİLƏR, DİQQƏT!
Prostat xəstəliklərinə aid bilmədiyiniz hər şey bu yazıda - RESEPTLƏR KİŞİLƏR, DİQQƏT!