Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişidən futbol topu böyüklüyündə şiş çıxarıldı – Aylardır sidik kisəsi xərçəngi ilə yaşayıbmış

  • 2018.07.18 17:18
  • 12574 Baxış
Kişidən futbol topu böyüklüyündə şiş çıxarıldı –  Aylardır sidik kisəsi xərçəngi ilə yaşayıbmış


Əməliyyat Novosibirsk şəhər kliniki xəstəxanasında laporoskopik metodla aparılıb.


Medicina.az xəbər verir ki, 57 yaşlı kişi sidiyində çoxlu qan olması və sidik kisəsindən qanaxma simptomları ilə xəstəxanaya daxil olub. 

Müayinələrdən sonra pasiyentdə sidik kisəsində nəhəng şiş aşkarlanır və uroloji əməliyyata alınır.


Şiş 17x10 sm ölçüsündə olub sidik kisəsinin bütün divarları boyunu tutmuşdu. 

3 saat davam edən əməliyyatda sidik kisəsi prostat vəzi ilə birlikdə çıxarıldı, iki tərəfli ureterokutaneost qoyuldu. 


Cərrah İqor Çudnovun sözlərinə görə, xəstə özünü yaxşı hiss edir, böyrək çatışmazlığı yoxdur. 


Çıxarılan şişin çəkisi isə 15 kq idi.