Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişidə zöhrəvi xəstəlik varsa, arvadı, məşuqəsi, sevgililəri də müalicə almalıdır -Cəmiyyətin gizli bəlası

  • 2019.12.05 19:00
  • 8069 Baxış
Kişidə zöhrəvi xəstəlik  varsa, arvadı, məşuqəsi, sevgililəri də müalicə almalıdır - Cəmiyyətin gizli bəlası



Azərbaycanda statistikası yüksələn, geniş yayılan xəstəliklərdən birincisi də dəri-zöhrəvi, cinsi yolla ötürülən infeksion xəstəliklərdir.

Artıq yeni-yeni növləri, dərmana davamlı formaları və yayılma üsulları aşkar olunan bu xəstəliklərdən ən tanınmışları Sifilis, yumşaq şankır, süzənək, qonoreya, HİV-dir.

Hazırda dünyada 150-170 milyon (qonoreya) süzənək, 200 milyon trixomonyaz və 150 milyon xlomodeya infeksiyasına yoluxmuş dəri-zöhrəvi xəstəsi var.

Digər xəstəliklərdən bir fərqi də həkimə getməkdən utanmaq, partnyora açıq –aşkar deyib qorunmamaq, cəmiyyətin basqısından, qınağından və tənəsindən qorxaraq xəstəliyini maksimum gizli saxlamaqdır.


Cəmiyyətdə belə bir səhv fikir var ki, dəri-zöhrəvi, cinsi infeksiyalar fahişəliklə məşğul olan, daha çox seks parntyoru olan qadınlarda rast gəlinir, onlardan kişilərə keçir. İndi mənzərə belə deyil. Hazırda evdar qadınlar, yəni cinsi partnyoru yalnız əri olan qadınlar arasında da bu diaqnozlar var, çoxu isə xəstəliyə tutulmasından xəbərsizdir.

Azərbaycanda elə toy gecəsi bu ağır xəstəliklərə yoluxdurulan qızlar da az deyil. Eləcə də ölkədə Hepatit B və C tüğyan edir. Bunun da səbəbi kişilərin ailəyə hepatiti gətirib, cinsi yolla yoldaşına da keçirməsidir.

Medicina.az xəbər verir ki, zöhrəvi xəstəliklərə 14-15 yaşlı uşaqdan 50 yaşlı kişiyədək hamı yoluxa bilər.

Hazırda bu xəstəliklərin müalicəsi ilə dermatoloq, dəzi-zöhrəvi həkimlər, veneroloqlar, infeksionistlər məşğul olur.


Kişi və onun sevgililəri….


Həkimlər bildirir ki, əgər kişi özündə şübhəli əlamətlərlə həkimə gəlib artıq qan və cinsi orqanında aşkarlanan sifilis, qonoreya, Trixomonyaz, psoriasis və toksiki derma növü aşkarlanırsa, həkim müalicə yazarkən mütləq kişi evlidirsə arvadının, əlavə olaraq son 1-2 ildə kənar cinsi münasibətdə olduğu xanım varsa onun da müayinələrə cəlb olunmasını təklif edir. Bunlar şifahi bildirilir, məcburi müayinə yoxdur.


Əgər kişi deyilənlərə məhəl qoymayıb, müalicə olunarsa, cinsi partnyorlarına bu barədə məlumat verməzsə, bu müalicənin xeyri yoxdur. O heç vaxt tam sağalmayacaq, çünki yenidən arvadı və ya məşuqəsi ilə əlaqədən sonra onlarda olan infeksiya yenidən orqanizmə düşəcək.


Cinsi xəstəliklər bir dairədir, labirintdir, burda birtərəfli müalicə olmur. Kişidə və ya qadında aşkar olundusa, o son 1 ildə əlaqədə olduğu hər kəsi müalicəyə cəlb etməli, özü isə müalicə ərəfəsində qorunmasız və heç tanımadığı ötəri partnyorlarla əlaqəyə girməməlidir.


Tam müalicə bu dairə bağlanana kimi baş tutur. Kişi, arvadı və son əlaqədə və bundan sonra əlaqədə olacaq hər bir qadın da müayinələrə cəlb edildikdən sonra effektiv sağalmadan söhbət gedə bilər.