Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Kişi öz xəstəliyini özü sağaldar...” - Məşhur şair

  • 2017.09.08 16:44
  • 23358 Baxış
“Kişi öz xəstəliyini özü sağaldar...” -  Məşhur şair
"Hazırda vəziyyətim çox yaxşıdır. Sadəcə olaraq, sağ ayağım işləmir. 2012-ci ildə iynə vurublar və damarım zədələnib. Qan yaxşı işləmədiyi üçün bu da məni incidir”.


Medicina.az xəbər verir ki, bunu hafta.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, "Vladimir Mayakovski mükafatı" laureatı, məşhur şair Vaqif Bayatlı deyib. Onun sözlərinə görə, xəstəliyi ölümcül deyil və müalicəsi xaricdədir və bunun üçün də xeyli pul lazımdır: "İşə gedib-gəlirəm. Aprel ayında ayağım sındı. Müalicəm üçün çoxlu pul lazımdır. Xaricə getməliyəm. Buna da imkanım yoxdur. Dövlət qurumlarına müalicə üçün müraciət etmək fikrində deyiləm. Kişi öz xəstəliyini özü sağaldar. Müalicəmi ev şəraitində iynə-dərmanlarla davam etdirirəm. Ölmək istəmirəm, həyat haqqında da nikbinəm. İşləyirəm, mütəmadi olaraq qəzetlərdə, dərgilərdə yazılarım çap olunur. Televiziyalar çağıranda da gedirəm”.


Qeyd edək ki, Vaqif Bayatlı Odər bir müddət əvvəl səhhəti pisləşdiyi üçün Türkiyəyə aparılmış, orada beyin əməliyyatı keçirmişdi.