Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi xəstələrə qadın həkim baxanda ağrı hiss etmirlər – Alimlər

  • 2023.11.18 17:04
  • 1941 Baxış
Kişi xəstələrə qadın həkim baxanda ağrı hiss etmirlər  – Alimlər

Kişilər həkimə getməkdən qorxur, çəkinir və utanırlar. Xüsusilə diş müalicəsi, zond və proktoloq müayinələrindən yayınırlar.

“Medicina” xəbər verir ki, İsveç alimləri kişilərin məşəqqətini və ağrısını azaltmağın metodunu açıqlayıb.
Əgər kişi həkimdən, müalicədən qorxursa o, qadın həkim seçməlidir.


Tədqiqatlar sübut edib ki, qadın həkim pasiyentə anestetik və analgetik kimi təsir edir.
Lundsk universitetinin alimləıri eksperimentdə sağlam və güclü könüllülərin dabanına lazer impulsları göndərib.


Dabana lazeri kişi həkim edəndə ağrı daha güclü olub, nəinki qadın həkim.

Kişilər qadın həkim qarşısında daha çox iradəsini toplayır, fikri yayınır və ağrını az hiss edir.
Beləliklə, qadın həkim qarşısında pasiyent daha dözümlü olur. Bu baxımdan tibbi prosedurların tibb bacılarının keçirməsi daha yaxşı seçimdir.

Qorxaq kişilər də qadın həkim seçməlidir.

Eksperimentdə əməliyyat keçirənlərdən sorğu aparılıb.

Məlum olub ki, cərrahı qadın olanlarda şikayətlər və ağrı daha az olub, tez sağalıblar.

Aygün Musayeva