Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi xərçəngdən xilas olmaq üçün cinsi orqanını rezinlə sıxdı – Dəhşətli nəticə

  • 2019.09.03 15:23
  • 41883 Baxış
Kişi xərçəngdən xilas olmaq üçün cinsi orqanını rezinlə sıxdı –  Dəhşətli nəticə
65 yaşlı kişi cinsi orqanında olan ağrılar və şişkinlik şikayətləri ilə xəstəxanaya daxil olub. Həkimlər müayinə zamanı 2 fakt aşkarlayıblar: birincisi kişidə böyük xərçəng şişi var imiş, ikincisi kişinin penisi aptek rezini ilə möhkəm sıxılmışdı. 


Medicina.az xəbər verir ki, bu kliniki hadisə Yaponiyada baş verib. 


Kişidən niyə rezinlə orqanı sıxdığını soruşduqda, o, xərçəng şişinin yuxarı, bütün orqanizmə yayıılmasının qarşısını almaq üçün bu yola əl atıb. 

Rezin 2 ay idi orqanı elə sıxmışdı ki, toxumalara keçmiş, dərini zədələmiş və orda hüceyrələr ölmüşdü. 


Pasiyentə karsinoma diaqnozu qoyularaq, şiş və penisin bir hissəsi əməliyyatla xaric edildi.

Həkimlər xəstənin bəxtinin gətirdiyini bildiriblər.


Əgər rezin toxumanı çox sıxsaydı və ya gec gəlsəydi, orqanda qanqrena başlayar, sepsisə düşər və orqanın tam amputasiyası həyata keçirilərdi.