Varikoz təkcə ayaqlarda qeyri-estetik görünüş verən damar torlanması deyil.
“Medicina” xəbər verir ki, osteopat Vladimir Jivotov varikozun bir çox sistemlərə təsir edən xəstəlik olduğunu bildirib.
“Varikoz zamanı aşağı ətraflarda və bununla da bədənin bütün aşağı hissəsində damarlara təzyiqi artırır. Nəticədə aşağı çanaq orqanlarının qan təminatı pozulur. Hemorroy, düyünlər və sonsuzluq yarana bilər.
Qadınlarda varikoz varsa, menstruasiya zamanı güclü qanama, qan itkisi olur. Eləcə də hamiləlikdə müəyyən ağırlaşmalar ola bilər.
Varikoz zamanı düyünləri əməliyyat edib götürmək olar, amma onlar yenidən yarana bilər. Çünki varikoz əməliyyatla sağalmır, bu ümumi orqanizmin xəstəliyidir və yenidən damarlara təzyiq olur.
Varikoz inkişaf etdikdə daxili orqanların sallanması, endokrin pozulmalar və ayaqlarda problemlər olur. Varikozu olan insanlar ayaq əzələlərini möhkəmlətməli, piyada gəzmək, dəniz və oturma hərəkətləri ilə venaları möhkəmlətməlidir.
Sonsuzluq problemi varsa, mütləq varikoz problemi nəzərə alınmalı, müalicə təyin edilməlidir”.
Aygün Musayeva