Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi sonsuzluğunun əsas səbəbləri - Uğurlu müalicənin sirri

  • 2020.10.20 14:49
  • 2071 Baxış
Kişi sonsuzluğunun əsas səbəbləri  - Uğurlu müalicənin sirri

Təəssüf ki, Azərbaycanda kişi sonsuzluğu dedikdə yalnız evləndikdən sonra övlad olmadıqda bu problemin aşkar edilməsi, müayinələr başa düşülür.


Halbuki kişi sonsuzluğu erkən yaşda başlayıb, uzun illər gizli qalır.

Ailə qurduqdan sonra qorunmasız əlaqə davamlı olarsa, hamilə qalmaq şansı 30%, 6 aydan sonra 60%, 12 aydan sonra 99% olmalıdır.

Əgər 6 ay və 1 ildən sonra hamiləlik baş vermirsə, o zaman həkim sonsuzluq diaqnozu qoyaraq, burden müalicələrə başlayır.


Hamiləlik baş vermirsə, bu bir tərəfin, bizdə olduğu kimi qadının sonsuzluğu demək deyil. Sonsuzluq diaqnozu cütlüyə qoyulur və təbii ki, bütün müayinələrdən ər-arvad birlikdə keçməlidir.


Medicina.az müasir kişilərdə sonsuzluğa səbəb olan geniş yayılmış səbəbləri araşdırıb.


Reproduktiv yaş


Nədənsə belə bir səhv inanc kök salıb ki, reproduktiv yaş yalnız qadınlara aiddir, kişilərm 60-70 yaşına kimi problemsiz uşaq sahibi ola bilər. Tibbə görə bu belə deyil.


Yaş artdıqca həm qadınlarda, həm kişilərdə yumurtahüceyrələrin sayı, keyfiyyəti azalır, ona görə hamiləlik şansı da azalır.

Həyatda möcüzələr baş verir, 60-70-80 yaşlı kişilərin də ata olduğu faktlar var. Lakin bu hamıya keçərli deyil.


Uğurlu mayalanma üçün 1 ml spermdə 100 milyon hərəkətli spermatozoid olmalıdır. Ən aşağı hədd 40 milyondur.

Lakin müasir kişilərin yarıdan çoxunda bu hədd 20-30 milyon arası dəyişir.


Həkimlər 45 yaşına kimi atalıq barədə düşünüb, bu prosesi həyata keçirməyi məsləhət görür.


Digər səbəblər – stress, ekologiya, zərərli vərdişlər, az hərəkətlilik – bütün bunlar müasir yaşam tərzinin təsirləridir.


İnfeksiyalar


Cinsi yolla ötürülən infeksiyalar qadınla ilk əlaqədən kişinin orqanizmi ilə dostlaşır. Yəni çox kişilər evlənənə kimi artıq bu infeksiyalarla tanış olmuş olur. Xlamidioz, qonoreya xroniki iltihab ocaqları yaradaraq, sperma gələn toxum yollarını tutur. Nəticə sonsuzluq.



Bir çox infeksiyalar müalicə olunmadıqda immunitet antispermal antitel hasil edərək, özlüyündə onları blok edir, amma bu da autoimmune sonsuzluğa səbəb olur.

Ona görə infeksiyalar vaxtında müalicə olunmalı,30-35 yaşına kimi gözləmək, məndə heç nə yoxdur demək olmaz.


Müayinə-müalicə


Azərbaycanda kişilərdə bu müalicə ilə uroloq-androloqlar məşğul olsa da, Avropa və Amerikada sonsuzluğu reproduktoloq müalicə edir.

Lazımi analizlərdən sonra nəticə toxum ehtiyatının azlığını, hərəkətli spermatazlidlərin minimum həddini, infeksiya və digər səbəbləri göstərirsə, hətta Azosperm – heç yararlı sperm yoxdursa, buna müvafiq müalicə başlanılır.


Əgər mayalanma üçün sperma çox zəif və azdırsa bu ömürlük sonsuzluqdurmu? Heç də həmişə yox. Müasir müalicə metodları onların aktivliyini artıra bilər.


Hətta kişidə cəmi 1 ədəd yeganə uyğun spermatozoid tapılsa, onun yumurtahüceyrəyə çatmasını asanlaşdırmaq, yolunu qısaltmaq yolları var. Bunun üçün yumurta hüceyrənin membranında mikroskopik dəlik açılıb, spermatozoid ora yerləşdirilir.


Amma ilk öncə kompleks hormonal, antibiotic və fizioterapiya ilə spermoqrammanı yaxşılaşdırmaq sınanılır.




Ata olmaq istəyən kişilər nəyə diqqət yetirməli?


- Spermin say və keyfiyyətinə mənfi təsir edən vərdiş, hal və qidalardan ən azı 6-8 ay uzaq durmalı. Keyfiyyətli spermatozoid 2-3 ay ərzində yetişir.

- İsti vanna, qum, isti avtomobil oturacağı, sauna, isti hamam olmaz.


- Testostetorunun səviyyəsini artırmaq üçün normal yuxu, istirahət rejimi qurulmalı. İçki və siqaret azaldılmalı.

- Tərkibində kimyəvi qatqılar, konservantlar olan hazır qidalar, mağaza ərzaqları az qəbul edilməlidir.


- Bir çox dərmanlar, xüsusən təzyiq dərmanları spermanın keyfiyyətinə təsir edir. Hamiləlik planlaşdırılan ərəfədə bir çox dərmanlardan uzaq durmalı, alternativ yollar seçmək, həkimlə məsləhətləşmək lazımdır.


Kişi sonsuzluğu və buna səbəb olan problemlərin aradan qaldırılması ilə bağlı MEDİ PLUS klinikasının Sonsuzluq şöbəsində androloqa müraciət edə bilərsiniz.
Burada sonsuzluq xüsusi metodika ilə müalicə edilir
Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94