Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi sonsuzluğunu artıran səbəb – İSTİLİK, BUXAR

  • 2023.06.20 22:08
  • 1778 Baxış
Kişi sonsuzluğunu artıran səbəb  – İSTİLİK, BUXAR
Kişilərdə sonsuzluq müxtəlif səbəblərdən baş verə bilər. Amma danılmaz faktdır ki, istilik kişi sonsuzluğu riskini artırır. Temperaturun bir qədər artması ilə belə, sağlam sperma istehsalını dayandırır.


“Medicina” xəbər verir ki, bütün məməlilərdə, o cümlədən insanlarda erkək hüceyrələrin əmələ gəldiyi xayalar skrotumda yerləşir, çünki spermatogenezin uğurlu prosesi üçün nisbətən sərin temperatur lazımdır.


Temperaturun 3-4 dərəcə artması ilə, yəni daxili bədən istiliyi şəraitində spermatozoidlərin əmələ gəlməsi prosesi pozulur.


Yapon bioloqları temperatur 30-dan 40 dərəcə Selsiyə qalxdıqda inkubatora yerləşdirilən erkək siçanların xayalarında nə baş verdiyini araşdırıblar.


Əgər yumurtanı dölləməyə qadir olan normal spermatozoidlərin əmələ gəlməsi üçün 34 dərəcə temperatur
optimaldırsa, o zaman 37-38 dərəcəyə qədər hərarətdə yəni hüceyrə bölünməsi ciddi şəkildə əziyyət çəkməyə başlayır.

Tədqiqatçı Şosey Yoşidanın sözlərinə gorə, yüksək tempraturun kişi sonsuzluğuna bu qədər təsir etməsi gözlənilməz olub. Tədqiqat göstərir ki, bütün spermatozoidlərdə xromosom anomaliyaları müşahidə ediblər. Onlar istidən məhv olurlar.


Günay Quluzadə