Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişi orqanizmi üçün ən təhlükəli içki AÇIQLANDI

  • 2021.09.15 18:14
  • 1574 Baxış
Kişi orqanizmi üçün ən təhlükəli içki    AÇIQLANDI

Pivə kişilər üçün ən təhlükəli spirtli içkidir.

Medicina.az xəbər verir ki, bu barədə Moskva Sağlamlıq Departamentinin baş narkoloqu Yevgeni Brun Ümumrusiya Səbr Günü ilə əlaqədar təşkil edilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, pivə qadın hormonu estrogenə bənzər ferment ehtiva etdiyi üçün kişilər üçün təhlükəlidir. Narkoloq spirtli içkinin qadınlar üçün də zərərli olduğunu vurğulayıb:

“Qadınların belə bir fizioloji, biokimyəvi xüsusiyyəti var - alkoqolu emal edən fermentlərin səviyyəsi aşağıdır. Buna görə də qadınlarda alkoqol istifadəsi xəstəliyin daha sürətli inkişafına və şəxsiyyət qüsurlarının daha da dərinləşməsinə gətirib çıxarır”. /publika.az/