Vyetnamlı kişinin ağılasığmaz hərəkəti hər kəsi təəccüblədirib.
Medicina.az xəbər verir ki, Le Van adlı şəxs 17 ildir meyitlə birgə yatır. Belə ki, o həyat yoldaşının ölməyi ilə barışa bilmədiyi üçün belə addım atıb. İlk vaxtlarda o məzarın üstündə yatırmış. Lakin yağış yağanda və soyuq havalarda bunu edə bilməyib.
Bundan sonra o məzarın içinə tunel qazaraq gecələr məzarın yanına düşüb və tabutu qucaqlayaraq yatıb. Övladları onun bu hərəkətinin qarşısını almaq üçün ona məzarın yanına getməyi qadağan edib.
Bundan sonra kişi daha fərqli bir əlac tapıb. Bu dəfə o arvadının meyidini evə gətirir və hazırladığı xüsusi qəlibin içərisinə qoyub. O qəlibi gipsdən düzəldib.
Le Van, artıq 17-ci ildir ki, evdə həyat yoldaşının meyiti ilə birlikdə yaşayır.