51 yaşlı Stiven Vayt adlı ingilis vətəndaşı bir müddət burun axması, tutulması və burun qanamasından şikayətlənirdi. O, elə bilirdi ki, burunətrafı ciblər haymorit olub və buna uyğun müalicə alırdı.
Bİr neçə ay keçsə də, vəziyyətinin yüngülləşmədiyini görüb, həkimə gedir və onu MRT-ə göndərirlər.
Medicina.az xəbər verir ki, kişidə burun daxili xərçəng aşkarlanır. Şiş artıq burun ucunu daxildən yemişdi.
Həkimlər bu vaxta kimi burun xərçənginin belə formasını görməmişdilər. Xəstəni xilas etmək üçün onun burnu kəsilir.
Burnu ilə yanaşı onun damağı, dişləri də çıxarılıb.
Həkimlər hesab edir ki, şüa terapiya onsuz da dişlərin emalını məhv edəcək
Xəstə əməliyyatdan sonra danışa bilmirdi. Özünü güzgüdə görəndə isə günlərlə ağlayıb. Kişi evdən çölə çıxmağa utanır, çünki onu görənlər qorxur. Burnu olmadığına görə eynək də taxa bilmir.
Uayt burun axması və qanamasının bu dərəcədə ciddi olacağını ağlına gətirmədiyinə görə peşmandır.