Misirdə ər arvadının böyrəyini gizlicə sata bilib.
"Medicina" xəbər verir ki, qadın Varda əl-Banna ərini məhkəməyə verib.
Belə ki, ər ona uzaq qohumlarıgilə getmək üçün uzaq yola çıxmağı təklif edir.
Səfər zamanı arvadına dərman verərək yatırdıb, onu əvvəlcədən təyin olunan yerə gətirərək, qeyri-leqal əməliyyatla böyrəyini götürüblər.
Narkozdan ayılan qadın özünü xəstəxanada sarıqlar içində görür. Ona əri ilə birgə motosikl qəzasına düşdüyü bildirilir.
Qadına məcburiyyətdən əməliyyat etdiklərini deyiblər. Amma böyrəyi barəsində heç bir informasiya verilməyib.
Bu hadisədən sonra qadın daim ağrı, yorğunluq hiss edib. Daha sonra özü həkimə gedir. USM müayinədə ona bir böyrəyinin olmadığı deyilir.
Həkim böyrəyin əməliyyatla alındığını bildirəndə isə qadın ərini polisə şikayət edir.
Böyrək qara orqan bazasında 1850 avroya satılıb. Bu böyrək üçün həddən artıq ucuz qiymətdir.
Aygün Musayeva