Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kirpik diblərinə diqqət! - Belə görünürsə...

  • 2025.01.22 12:51
  • 374 Baxış
Kirpik diblərinə diqqət! -  Belə görünürsə...

Kirpiklərinizin diblərinə baxdığınız zaman kiçik ağ nöqtələr görürsünüzsə, tədbir görməlisiniz. Bu nöqtələr xəstəliyin əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, kirpiklər gözümüzü əhatə edən və göz qapaqlarının kənarında yerləşən kiçik, nazik tüklərdir.

Kirpiklər ümumiyyətlə qoruyucu funksiyaya, eyni zamanda böyük estetik əhəmiyyətə malikdir.

Kirpiklərin dibində kiçik ağ nöqtələrin əmələ gəlməsinin bir neçə səbəbi ola bilər. Bu cür ləkələr bəzən tamamilə zərərsiz, lakin bəzən sağlamlıq probleminin əlaməti ola bilər.

Məsamələrdə ölü dəri hüceyrələrinin toplanması kirpiklərin dibində ağ ləkələri əmələ gətirər.

Həmçinin göz qapağındakı yağ bezlərinin tıxanması, bakterial infeksiyalar və ya gözün həddindən artıq quruması səbəbindən yarana bilər.

Uzun müddət makiyajın dəridə qalması, çirkli əllərlə gözə toxunmaq kimi faktorlar da ola bilər.

Dəri xəstəlikləri də kirpik dibində ağ ləkələrə səbəb ola bilər. Dəri xəstəlikləri, xüsusən də sızanaq və ya seboreik dermatit göz ətrafında ağ nöqtələr, sızanaqlar və ya qabıqlar yaradar.

Kirpik dibindəki ağ ləkələr uzun müddət keçmirsə və ya ağrı, qızartı kimi əlavə əlamətlər varsa, oftalmoloqa müraciət etmək vacibdir..

Aygün Nəbiyeva
Mrdicina.az