Qobustanda kimyəvi məhluldan zəhərlənən azyaşlının vəziyyəti açıqlanıb.
"Medicina" xəbər verir ki, TƏBİB-dən verilən məlumatda deyilir.
"Aprelin 4-ü 22.05.2022-ci il təvəllüdlü (kişi cinsli) Qobustan rayon Təklə kənd sakinin kimyəvi məhluldan zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib. Ona ilkin yardım göstərilib, instrumental və diaqnostik müayinələr aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir".
Hadisə rayonun Təklə kəndində qeydə alınıb.
3 yaşlı U.Xəlilov yaşadığı evdə nəzarətsiz qaldığı zaman kimyəvi məhlul içib.