“Xərçəngin müalicəsində kemoterapiyadan geniş istifadə olunur. Amma bu prosedur fayda verdiyi qədər zərərləri ilə də bilinir”.
Medicina.az xəbər verir ki, bunu Dr. Hakan Özkul bildirib.
Onun sözlərinə görə, kimyaterapiya insan bədənində immunitet sisteminin sağlam hüceyrələrini də hədəfləyir və öldürür:
“Və buna görə də Bədənin Müqaviməti Azalır. Yan təsirlərə səbəb olur. Məsələn, zəiflik, iştahsızlıq, ürəkbulanma, saç tökülməsi və s.”
“Bəs biz özümüzü bunlardan necə qoruya bilərik?” sualına həkim belə cavab verib:
“Fitoterapiya immunitet sistemini qorumaq, sağlam hüceyrələri gücləndirmək və xərçəng kök hüceyrələrinə müdaxilə etməklə insanı kimyaterapiyanın zərərlərindən qoruyur. Fitoterapiya ilə kimyaterapiyadan rahatlıqla paralel şəkildə istifadə etmək olar”.
O qeyd edib ki, önəmli olan işinin əhli olan mütəxəssislərlə və fitoterapistlə məsləhətləşməkdir.
Aysel