Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimyaterapiya alan xəstələr nə yeyə bilər?

  • 2022.10.17 14:39
  • 4395 Baxış
Kimyaterapiya alan xəstələr nə yeyə bilər?


Onkoloji xəstələr kimyaterapiya müddətində necə qidalanmalıdır.

"Medicina" xəbər verir ki, kimyaterapiya nəinki xərçəng hüceyrələrini öldürür, eləcə də ətraf sağlam hüceyrələri azaldır.

Orqanizmə əlavə enerji lazımdır. Kimya alan xəstələrin iştahı da olmadığı üçün hər qidanı yemirlər.

Amma bəzi ərzaqlar var ki, məhz o enerji itkisini oldurur.
Bunlar yulaf yarması sıyığı - zülal və antioksidantlarla zəngindir.

Avokado - bədəni yağlarla təmin edir

Yumurta - yorğunluğu götürür, zülal, protein verir.

Qoz, çərəzlər - heç nə yemək istəməsələr də, arada qoz, badam atışdırmaq rahatdır
Balqabaq tumları - güclü antioksidantdır, sink mənbəyidir.

Balıq - yağlılığı, iyi azdır deyə, asanlıqla həzm olunur. Kimyadan keçənlər həftədə hətta 3 dəfə balıq yeməlidir
Müxtəlif smuzilər - xəstənin bir -bir müxtəlif meyvə, tərəvəzi çeynəyib yeməyə halı olmadığı üçün blenderdə yaşıl, narıncı smuzilər hazırlayıb, çöplə içə bilər.

Aygün Musayeva