2022-ci ildə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb..
"Medicina" xəbər verir ki, amerikalı kimyaçı, Stenford Universitetinin professoru Karolin Rut Bertozzi, danimarkalı kimyaçı, Kopenhagen Universitetinin professoru Morten P. Meldal və amerikalı kimyaçı, 2001-ci il Nobel mükafatı laureatı Karl Barri Şarplessdir.
Onlar mükafatlarını klik kimyası (ayrı-ayrı kiçik elementlərin öz aralarında birləşməsi ilə kimyəvi maddələrin daha sürətli və effektiv alınmasını ehtiva edən kimyəvi reaksiyalar – red.) və bioortoqonal kimyanın inkişafına görə alıblar.
Aygün Musayeva