Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə zəncəfil qəti olmaz? – Saçları tökə bilər

  • 2019.11.25 16:09
  • 78257 Baxış
Kimlərə zəncəfil qəti olmaz? –  Saçları tökə bilər
İndi hər kəs zəncəfildən istifadə edib, sağlamlığının qeydinə qaldığını düşünür. Amma çox faydalı olduğu deyilən zəncəfilin də bir çox insanlara zərəri var.

Medicina.az zəncəfilin əks göstəriş olduğu xəstələri təqdim edir.


-Çox arıq, çəkisi az, anoreksiyadan əziyyət çəkənlərə 


Zəncəfil kök, piylənmədən və diabetdən əziyyət çəkənlər üçün arıqladıcı kimi yaxşıdır. Amma çəkisi normadan az olan insanlarda zəncəfil kökü əzələləri zəiflədir, menstrual tsikli pozur, saçları tökür, vitaminsizliyi artırır. 


-Hamiləlikdə


Zəncəfildə əzələni yığan maddə var. Bu da uşaqlıq üçün zərərlidir. Hamiləlik  zamanı düşük və vaxtından əvvəl doğuma səbəb ola bilər. Xüsusən 7ci aydan sonra zəncəfilli istənilən qidadan imtina etmək lazımdır. 


-Qan xəstəliklərində


Hemofiliya, dializ, leykoz, talassemiya, anemiya zamanı zəncəfil olmaz. Qanda laxtalanma problemi varsa, zəncəfil daxili qanaxmanı artıra bilər. 


-Bu xəstəliklərdə dərman qəbulu zamanı


Yüksək təzyiq və diabet xəstələrinin qəbul etdiyi insulin, aspirin, təzyiq dərmanları ilə birgə zəncəfil qəbulu onların effektivliyini azaldır, müxtəlif əks təsirlər yaradır. Aspirin qəbul edənlər zəncəfil istifadə etməməlidir, yoxsa qan lap durular.