Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə yod tərkibli qidalar olmaz?

  • 2023.07.31 18:01
  • 1245 Baxış
Kimlərə yod tərkibli qidalar olmaz?
Qalxanabənzər vəzinizlə bağlı probleminiz varsa, yod tərkibli qidalar qəbul edərkən diqqətli olmalısınız.


“Medicina” xəbər verir ki, çoxları yodla zəngin qidaları qalxanabənzər vəz üçün aydalı hesab edir , lakin, bu səhvdir.
Mütəxəssislərin sözlərinə görə, qida, dərman və ya əlavələrdə həddindən artıq yoddan qaçınmaq lazımdır, çünki bu, tiroid hormon səviyyələrini dəyişdirə bilər.


Yalnız həkiminizin məsləhəti ilə yod əlavələri qəbul edin. Çünki rasionunuz müxtəlif olmalı və kifayət qədər keyfiyyətli yağsız protein ehtiva etməlidir.

Ümumi sağlamlığınızı yaxşılaşdırmaq üçün müxtəlif meyvələr, tərəvəzlər, qoz-fındıq və bütün taxıllardam yeyin. Protein balıq və ya lobya kimi yağsız mənbələrdən gəlməlidir.


Heyvan məhsullarından və adətən emal olunmuş qidalarda və marqarində olan trans yağlardan doymuş yağları lazımi minimuma endirin. Bitki mənşəli yağlar, qoz-fındıq və toxumlardan alınan mono və çox doymamış yağlar, həmçinin bəzi balıq növlərində olan omeqa-3 kimi yağlara üstünlük verilməlidir.

Bundan əlavə, kifayət qədər pəhriz lifi qəbul etmək vacibdir, onlar metabolik prosesləri stimullaşdırır.

Son tədqiqatlar qlütenin tiroid vəziyə mümkün təsirini göstərir. Bir çox insanlar üçün qlüten bağırsaq mikroflorasının vəziyyətinə mənfi təsir edir. Bu yalnız immunitet sisteminə və mikroelementlərin udulmasına deyil, həm də tiroid vəzinin funksiyasına təsir edən bağırsaq mikroorqanizmləridir. Bunu nəzərə alaraq, qlüten məhsulları azaltmaq daha yaxşıdır.


Günay Quluzadə