Bir çox həkimlər onurğa və baş üçün yastıqsız yatmağın faydalı olduğunu bildirir.
Bəzi insanlar çox nazik, kiçik yastıqdan istifadə edir, hündürdə yata bilmir.
"Medicina" xəbər verir ki, manual terapevt Andrey Kabıçkin kimlərə yastıqsız yatmağın zərərli olduğunu açıqlayıb.
"Ümumiyyətlə, yaxşı yuxu üçün düzgün, rahat, ortopedik yastıq mütləqdir. Heç kimə yastıqsız düz yerdə yatmağı tövsiyə etmirəm.
Amma elə kateqoriya insanlar var ki, onlara yastıqsız yatmaq zərərdir.
Onurğa və boyun problemləri olanlar, yırtığı olanlar, radikulopatiya, baş ağrısı olanlar ortopedik yastıqda yatmalıdır.
Yastıqdan imtina baş boyunun, beyinin vəziyyətinə pis təsir edir.
Başın və onurğa beynin qan dövranı baxımından düz, yastı səthdə yatmaq yuxu arteriyasını sıxır, onurğa arteriyasını yükləyir.
Boyun şöbəsi təbii əyridir, onun boşluğunu doldurmaq üçün mütləq dəstək lazımdır.
Yastıqsız yatdıqda başda və boyunda spazmlar olur, beyin qanla yaxşı doymur".
Aygün Musayeva