Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə yağlı ət və quyruq yemək zərərlidir?

  • 2022.07.09 16:20
  • 4645 Baxış
Kimlərə yağlı ət və quyruq yemək zərərlidir?


Yağlı yeməklər və quyruq kababı sevənlər ürək sağlamlıqları barədə xüsusilə diqqətli olmalıdırlar.



Medicina.az xəbər verir ki, həkim-nefroloq Müşfiq Bəbirov bu barədə bildirib.

Həkim sağ koronar arteriyadan (ürəyin sağ tərəfini qidalandıran damar) çıxarılmış və damarın bütün mənfəzini başdan sona qədər tutan xolesterin plakının şəklini paylaşıb. Bildirib ki, qeyri-sağlam həyat tərzi, siqaret çəkmək, yağlı qidalanmaq, vaxtı-vaxtında həkim müayinələrindən keçməməyin nəticəsi olduğunu bildirib. Xəstəyə sağ koronar arteriyanin qapalı endarterektomiyasi və 4 damar koronar şuntlama əməliyyatının icra olunduğunu söyləyib.

M.Bəbirov əlavə edib ki, pəhrizini gözləməyən, diabetli, yüksək təzyiqli, artıq çəkili, çox siqaret çəkən, çox miqdarda içki içən, üstəlik hərəkətsiz insanlar bu mövzuda daha çox ehtiyatlı olmalıdır.