Mal əti və sümüyünün bulyonu kalsiy, D vitamini, kollagen mənbəyidir.
Bir çox xəstəliklərin şəfasıdır. Lakin bəzi xəstələrə, xüsusən yaşlılara ət suyu içmək, ət, sümük bulyonunda yeməkləri bişirmək olmaz.
Bakupost.az xəbər verir ki, həkim dietoloq Nataliya Denisova bulyonun kimlərə zərərli olduğunu açıqlayıb.
"Bulyonda olan maddə yaşlı insanlarda sidik turşusunu artırır, podaqra əmələ gətirə bilir.
Eləcə də yağlı bulyon pis xolesterini artırıb, damarların tutulmasını yüksəldə bilər.
Sümük və mal əti bulyonda bişərkən orda purin adlı maddə əmələ gəlir ki, bu da birbaşa podaqraya səbəbdir.
Yaşlı insanlarda həzm fermentlərinin aktivliyi az olur, onlarda bağırsaqlar tənbəlləşir, ona görə mal əti, bulyonu azaldıb, hinduşka, toyuq, quzu əti yemələri məsləhətdir.
Yağsız mal əti həftədə 1 dəfə yeyilməlidir, çünki heyvan mənşəli zülal yetməzliyi mədəaltı vəzin xəstəliyinə səbəb olur", - deyə o, əlavə edib.
Aygün Musayeva
BakuPost