Turşular ləziz qəlyanaltı kimi həmişə süfrəmizi bəzəyir. Lakin elələri var ki, tamamilə qəbul edilməzdir. Mədə-bağırsaq xəstəlikləri olan insanlarda duzlu xiyar ciddi fəsadlar törədə bilər.
Təzə, yaşıl xiyarda həzm sistemi üçün faydalı olan çoxlu lif var: 100 q məhsula təxminən 1 qr (bu, böyüklər üçün gündəlik tələbatın 3 faizini təşkil edir). Lif sağlam bağırsaq mikroflorasını saxlamağa, qəbizlik və disbakteriozun öhdəsindən gəlməyə kömək edir
“Medicina” xəbər verir ki, diyetoloq Andrey Lısenkovun sözlərinə görə, təzə xiyardan əlavə, şorabası da çox sevilir. Xüsusən kişilərin sevimli qəlyanaltısıdır.
Duz, sarımsaq, bibər və digər əlavələr sayəsində faydalılığını itirmir.
“Duzlu xiyar təzə tərəvəzlərdə olan vitaminlərin demək olar ki, bütün dəstini saxlayır. Üstəlik, duzlu su əlavə mineral elementlərlə zənginləşdirilir. Yeri gəlmişkən, turşudan olan lif təzə olanlardan daha asan həzm olunur.
Mədə-bağırsaq xəstəlikləri diaqnozu qoyulmuş hər kər turşulardan imtina etməlidir. Xüsusilə qastrit, mədə xorası, bağırsaq iltihabı olanlar.
Natrium (duz) orqanizmdə suyu saxladığı üçün böyrəkləri xəstə olanlarda sağlamlıq problemləri daha da ağırlaşa bilər. Hər xiyardan sonra şişkinlik getdikcə daha çox nəzərə çarpacaq”.
Aynurə Məmmədova