Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə valerian dərmanı olmaz - Zərərləri

  • 2021.11.05 17:42
  • 8145 Baxış
Kimlərə valerian dərmanı olmaz -  Zərərləri
Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir.
Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Medicina.az kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.

- Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

- Yüksək təzyiq xəstələri – müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir

- Qaraciyər xəstəliyi olanlar , böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz

- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

- Allergiyası olanlara

- Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər.