Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə tort -pirojna yemək olmaz?

  • 2022.10.04 17:18
  • 2405 Baxış
Kimlərə tort -pirojna yemək olmaz?
40 yaşı adlamış qadın və kişilər tort, pirojna, yağlı, kremli şirniyyatlar yeməməlidir.


"Medicina" xəbər verir ki, məşhur rus dietoloqu Mixail Qinzburq kimlərə tortun qadağan olduğunu açıqlayıb.


"Tort, pirojna çox yağ və şəkər qatqılıdır. Onları ancaq çox sağlam və metobolizmi güclü olan orqanizm qəbul edə bilər.

40 yaşdan sonra orqanizmin metobolizmi zəiflədiyi üçün ümumiyyətlə qənnadı məhsullarından imtina etmək lazımdır.

Xüusən qadınlarda fizioloji dəyişikliklər gedir, rafinə olunmuş qidalar pis həzm olunur, yağlar piy toxumasında yığılıb qalır.
Eyni təsir kişilərdə də baş verir. Abdominal piylənmə isə qaraciyərə təsir edir.

Ateroskleroz, preddiabet, hipertoniya, diabet- tort, pirojnanın fəsadı bunlardır.

Uşaqlara da pirojna vermək olmaz".

Aygün Musayeva