Şençcienski universitetinin alimləri tənhalıqla beynin boz maddəsinin kiçilməsi arasında əlaqəni tapıblar.
“Medicina” xəbər verir ki, alimlər bu fərqin xüsusilə kişilərdə olduğunu müəyyən ediblər.
Beynin boz maddəsi əsasən neyronal hüceyrələr, dentritlər və aksonlardan ibarətdir.
Bu maddə ətrafdan alınan informasiyanın qəbulu və interpretasiyasına cavabdehdir.
Bu tədqiqatda 9 min kişi və qadının beyni barədə məlumatlar təhlil edilib.
Onlara beynin MRT müayinəsi olunub.
Depressiv pozulması olan insanlar 3 qrupa bölünüb.
Tənhalıq 2 əsas sual əsasında müəyyən olunurdu:
“Özünüzü tez-tez tənha hiss edirsizmi?” və “Doğmalardan kiməsə etibar edirsizmi?”.
Nəticələr göstərib ki, depressiyada olan kişilərdə boz kütlənin həcmi daha az olub.
Əldə olunan məlumatlar göstərib ki, tənhalıq, güvənsizlik kişilərin beyninə daha neqativ təsir göstərir. Onların sosiallaşması xüsusilə vacibdir. Sosial münasibətlər orta yaşlı kişilərin
depressiyaya düşməsinin qarşısını alır.
Aygün Musayeva