Soyuq havalarda qripin və immunitetin dərmanı soğan və sarımsaqdır.
Amma elə qrup insanlar var ki, onlara bu faydalı ikili olmaz.
“Medicina” xəbər verir ki, həkim Yelena Tixomirova allergiyası olan şəxslərə soğan –sarımsağı qadağan edib.
“Allergiya bir sıra xəstəlikləri, məsələn, pollinozu olan xəstələrdə daha da aktivləşir.
Soğan-sarımsağı qastrit, xora, mədəaltı vəz xəstəliyi, öd xəstəliyi, qıcıqlanmış bağırsağı olan insanlar da yeməməlidir. Çünki həzm sisteminin bu orqanları əks reaksiya verəcək və bunları yedikdən sonra halınız pisləşəcək.
Köpü olanlar da soğan yeməsin, soğanda çətin həzm olunan maddə var”.
Aygün Musayeva