Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur.
Bakupost.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəlikləri ilə gündəlik yumurta qəbulunun əlaqəsi olduğunu bildirib.
Sağlam ürək-damar sistemi üçün qanda xolesterinin miqdarı 5,2 mmol olmalıdır. Ondan yüksək riskdir.
İdealda lipid profili (qan zərdabında müxtəlif yağ fraksiyalarının balansı) yoxlamalı, nəzarətdə saxlayıb ona görə qidalanmanı seçmək lazımdır.
Məsələn, xolesterini və qanda yağlılığı çox olan insanlar səhərlər yumurta, qayğanaq yeməsələr yaxşıdır.
Onlar yumurtanı müxtəlif salatlarda həftədə 1-2 dəfə yeyə bilərlər.
Adətən bu xəstələr təzyiq, ürək və şəkər xəstələri olur.
Aygün Musayeva
BakuPost