Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə şaurma yemək olmaz?

  • 2025.01.17 23:09
  • 184 Baxış
Kimlərə şaurma yemək olmaz?

Şaurma fast-fud qidalar siyahısına daxildir, amma bəzi insanlar özləri də bilmədən onu yeməklə xəstəliklərini artırır.

“Medicina” xəbər verir ki, həkim Nataliya Lazurenko kimlərə şaurmanın zərərli ola biləcəyini açıqlayıb.


“Şaurmanın sarımsaqlı, yağlı sousu dadlı olsa da, bu problemi olan insanlara olmaz: piylənmə, şəkər, insulindirənci, mədəaltı vəz problemi, meteorizm, mədə, bağırsaq xorası, qastrit.

Eləcə də 5 yaşa qədər uşaqlara şaurma vermək olmaz.

Eyni vaxtda karbohidrat, yağlı zülal və sous öd kisəsinin aşırı yığılmasını, öd ifrazını artırır, normadan artıq öd şirəsi bütün həzm sistemini “yandırır”.
Mədəaltı vəzidə problemi olanlar şaurmanı soussuz yesin.

Eləcə də köpü olanlar, bağırsaq disbiozu olanlarda şaurmadan sonra çətin hallar yaşanır”.


Aygün Musayeva