Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə şampan içmək olmaz?

  • 2022.12.29 14:30
  • 2622 Baxış
Kimlərə şampan içmək olmaz?

Yeni ildə ən çox içilən içkilərdən biri də şampandır.

Bakupost.az xəbər verir ki, vena xəstəlikləri, varikoz və trombozu olan insanlara bu içki olmaz.

Rusiyalı fleboloq Valeriy Semornov bunun səbəbini açıqlayıb.

“Venoz çatışmazlıq, varikozu olan xəstələrə elə dərmanlar təyin olunub ki, onları qətiyyən spirtli içki ilə uyğunlaşdırmaq olmaz.

Əgər bayrama görə, bir-iki qədəh şampan içmək istəyirlərsə, həmin günlər dərmanlarını qəbul etməsinlər.

Dərin və səthi venaları ilə problemi olan xəstələr, qandurulducu, aspirin içənlər alkoqol içərsə dərmanın təsiri artır, bu isə daxili qanaxmalara, damar sızmalarına səbəb ola bilər. Ümumiyyətlə, belə xəstələr yeni il günləri içki içməsin”.

Aygün Musayeva