Həkim diyetoloq Marqarita Koroleva hansı xəstəliklərdə pendir yeməyin zərərli ola biləcəyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, həkim təzyiq, baş ağrısı, miqren, böyrək xəstəliyi olanlara pendir, xüsusilə yağlı və sarı pendir yeməməyi tövsiyə edib.
Belə ki, pendirdə çox miqdarda duz komponentləri var. Bu isə bədəndə artıq mayeni saxlayır. Bu da dövr edən qanın həcmini artırır.
Nəticədə damarlar təzyiq görür, təzyiq yüksəlir, baş ağrıyır, böyrəklərin funksiyası pozulur.
Digər şəxslər də bu pendir növlərini çox yeməməlidir. Gündəlik rasionda pendir 30 qram olarsa yetərlidir.
Aygün Musayeva
BakuPost