Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə narıngi yemək olmaz? – Zərərləri

  • 2020.11.24 18:01
  • 7196 Baxış
Kimlərə narıngi yemək olmaz?  – Zərərləri


Dietoloqlar mandarini qışın ən faydalı meyvəsi elan etsələr də, bu meyvəni hər kəs rahatlıqla yeməməlidir.
Medicina.az narınginin zərərlərini təqdim edir.


- Hamilələrə - xüsusən erkən aylarda tamamilə imtina etmək lazımdır
- Mədə-bağırsaq xəstəliyi, qastriti, reflüksü olanlara
- Bağırsaq keçməzliyi, qəbizlikdən əziyyət çəkənlərə

- Hepatit xəstələrinə
- Xolesistit, öd yolları xəstəliyi
- Böyrək xəstəliyi – nefriti olanlara

Narıngidə çox miqdarda olan A vitamin və beta karotin qaraciyərdə toplanır və hepatit, sirroz xəstələrinin halını pisləşdirə bilər

Narıngidə olan askorbin turşusu mədə və bağırsağın selikli qişasını qıcıqlandırıb, turşuluğu da artırır
Allergiyası olanlar bu meyvəni ehtiyatla yeməlidir.

Uşaqlarda bu meyvə allergik reaksiya və səpkilər yaradır. 3-4 yaşa qədər körpələrə bu meyvəni verməyin.
Narıngi allergiyası olan uşaqda boğulma verə bilər

Astma xəstələri də bu meyvədən az yeməlidir.

Narıngini səhər və günorta yeyin. Axşam və acqarına məsləhət deyil