Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə kolbasa məhsulları qəti olmaz?

  • 2023.05.01 22:23
  • 1848 Baxış
Kimlərə kolbasa məhsulları qəti olmaz?
İspaniyalı mütəxəssislərin araşdırması göstərib ki, ağciyər problemi olan insanlar üçün kolbasa təhlükəlidir.

Bu qida xroniki ağciyər xəstəlikləri olan insanlar üçün də eyni dərəcədə zərərlidir.

“Medicina” xəbər verir ki, Barselona Universitetinin alimlərinin araşdırmalarına görə, kolbasa və digər hisə verilmiş məhsullar yeyən xəstələrdə xroniki problemin kəskinləşməsi ilə xəstəxanaya düşmə ehtimalı yüksəkdir.

Mütəxəssislərin izah etdiyi kimi, kolbasaların tərkibində olan maddələr (xüsusən, nitritlər) ağciyərləri zədələyən və mövcud xroniki xəstəliyin irəliləməsinə səbəb olan azot molekullarının hissələrini özündə birləşdirir.

Eyni zamanda gündə 23 qramdan çox hisə verilmiş kolbasa yemək tənəffüs xəstəliklərinin kəskinləşmə riskini 2 dəfə artırır.

Xatırladaq ki, xroniki obstruktiv ağciyər xəstəliyi normal nəfəs almağa mane olan və tamamilə sağalmayan ağciyər patologiyasıdır.

Bu xəstəliklərə "xroniki bronxit" və "amfizem" də deyilir.

Günay Quliyeva