Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə implant diş əkdirmək olmaz? – Qadağa siyahısı

  • 2021.02.02 17:38
  • 7184 Baxış
Kimlərə implant diş əkdirmək olmaz?   – Qadağa siyahısı

Hazırda implantalogiya dişləri bərpa etməyin ən müasir üsuludur və getdikcə hər kəs bu metoda üz tutur. Lakin hər bir prosedurun, əməliyyatın əks göstərişi olduğu kimi, implantın da qadağan qrupları var.


Medicina.az kimlərə diş əkdirməyin uyğun olmadığını araşdırıb.

Hansı hallarda və nə vaxt implant etdirmək olmaz?

- Uşaq yaşlarda – implant diş ən tezi 22 yaşdan sonra qoyula bilər. Çünki 23 yaşa kimi sümüklərin inkişafı davam edir.

- Çox yaşlı insanlar – ehtiyatlı olmaq lazımdır. Burda həkim xəstəyə fərdi yanaşır. Elə yaşlı var 70 yaşında da olmaz, eləsi var 85 yaşında da çənə strukturu imkan verir.

- Ürək –damar xəstəlikləri - implant zamanı anesteziya üçün adrenalin istifadə olunur. Ürək-damar xəstələrində bu taxikardiya, hipertonik kriz yarada bilər. Ona görə impantasiyadan qabaq orta yaşlı insanlar, kişilər mütləq kardioloq müayinəsindən keçməlidir. Son 1 ildə infarkt, insult, stenokardiya və ürək əməliyyatı keçirənlərə olmaz


- Qan durulducu qəbul edənlər

- Menstruasiya zamanı – qanın laxtalanması azalır. Bu da mini əməliyyat zamanı qanaxma riskini artıra bilər
- Hamiləlik və südvermə zamanı – doğuşdan sonrakı 6 ayda da olmaz

- Parodondit – damaq iltihabı xəstəliyi olanlar. Ağız boşluğunda olan istənilən infeksiya, iltihab icağı implantasiyaya əks göstərişdir

- Şəkərli diabet xəstələrinə - bu adamlarda qoyulan implant tez düşə bilir

- Çox siqaret çəkənlər – 2 həftə implanta qalmış və 2 ay da sonra siqaretdən uzaq durmalı olacaqsız. Bunu isə hər adam bacarmır. Nikotin implantdan sonra toxumanın sağalmasını gecikdirir, tütün tüstüsü zərərli maddələrlə birgə qoyulmuş implantın ətrafına dolur