Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə feyxoa yemək olmaz?

  • 2022.11.17 20:24
  • 9045 Baxış
Kimlərə feyxoa yemək olmaz?

Feyxoa meyvə yox, giləmeyvədir. Nə qədər faydalı olsa da, onu azyaşlı uşaqlara vermək olmaz.


“Medicina” xəbər verir ki, endokrinoloq həkim Anastasiya Kvasova feyxoanın daha kimlərə zərərli ola biləciyini açıqlayıb.

“2 yaşa qədər uşaqların həzm sistemi, mədəaltı vəzisi feyxoanı həll etməyə uyğun deyil.

Kobud liflər uşaqda diskomfort yarada bilər.

3 ədəd iri feyxoada böyük insanın sutkalıq yod norması var. Ona görə Haşimoto, qalxanvari vəzin həddən artıq hiperfunksiyası olanlara feyxoa olmaz.

Diabet xəstələri də feyxoa ilə ehtiyatlı olmalıdır.

Onlar çox az miqdarda, günün birinci yarısı feyxoa yeyə bilər. Feyxoa mürəbbəsi şəkər xəstələrinə olmaz”.

Aygün Musayeva