Yay aylarının tələbatlı qidası ovdux, soyuq doğramac bəzi xəstəliklərdə əks göstərişdir.
Bakupost.az xəbər verir ki, dietoloqlar bu xəstələrə doğramacı qadağan edir.
Mədə-bağırsaq, mədəaltı vəz xəstəliyi olanlara bu yemək olmaz.
“Ən faydalı doğramac kefirlə olandır. Lakin ona yağlı kolbasa, kartof çox qatmaq olmaz. Əslində təbii qida həzm sisteminə faydalıdır. Lakin mədə-bağırsaq xəstəliyi olanlara əksinə təsir edir.
Bağırsağın iltihabi xora, kolit, Kron xəstəliyi, mədə reflüksü, qastriti, iltihabı, pankreatiti olanlara qadağandır.
Eləcə də laktoza-süd keçirməzliyi olanlar, ürək xəstəliyində də bu qida olmaz.
Digər sağlam insanlar yalnız isti havada soyuq doğramac yeməlidir.
Onu kefir və ya ayranla hazırlayın”.
Aygün Musayeva
BakuPost