Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə çiyələk yemək olmaz? – Bu xəstəlikləri ağırlaşdırır

  • 2019.05.23 17:09
  • 32080 Baxış
Kimlərə çiyələk  yemək olmaz? –  Bu xəstəlikləri ağırlaşdırır
Çiyələk mövsümündə hamı bu lətif, dadlı meyvədən fürsət ikən bol yeməyə çalışır. Amma bu meyvənin faydası olduğu kimi, əks təsiri də var.


Medicina.az çiyələkdən uzaq durmalı şəxslərin siyahısını təqdim edir:


1.Hamilə və südverən qadınlar – çiyələk allergen olduğu, xüsusən indi satışda olan əksər çiyələklər istixana və dərmanlı məhsul olduğu üçün həm ana, həm uşaq üçün təhlükəlidir. Bir çiyələklə 2 can təhlükə altına düşə bilər.


2.3 yaşına kimi uşaqlara – mədə-bağırsaq pozulması, zəhərlənmə, allergiya verir


3.Böyrək xəstəliyi olanlar – çiyələk daş yaradır. Böyrəyində daş, qum. iltihab olanlarda vəziyyəti ağırlaşdıra bilər


4.Qastrit və xorası olanlar – çiyələkdə çox miqdarda salisil spirit var. O, mədənin selikli qişasını zədələyir. Ona görə qastriti və xoraın daha da aça bilər. Çiyələkdə olan çoxlu qara toxumlar qişaya ilişib qalaraq, onu aşılaya bilər.


5.Yüksək təzyiq dərmanları qəbul edənlərəBu tip dərmanlarlarla eyni gündə çiyələk yeməj olmaz. Enapril adlı təzyiq dərmanı ilə birgə çiyələk böyrəklərin işini ağırlaşdırır, süzməni pozur.


6.Dişlərində kariyes olanlar Dişi çürük, oyuq və zədəli olanlarda çiyələk və qara toxumları ikiqat çürümə verəcək. 


Çiyələyi acqarına yemək olmaz. Çiyələk yedikdən sonra ağız ilıq su ilə yaxalanmalıdır. Yaxşı olar ki, çiyələk süd və ya qaymaqla birgə yeyilsin.