Qadınların sevimli proseduru Botulinum toksininin təsiri əzələdə sinir impulslarının ötürülməsinə maneə törətməklə əldə edilir.
“Medicina” xəbər verir ki, dermatoloq – həkim Yekatirina Şostakın sözlərinə görə, botulinum toksini estetik təbabətdə ən çox öyrənilən dərmandır. O, əzələ daralmasına səbəb olan asetilkolin neyrotransmitterinə təsir göstərir, yəni dərmanın özü əzələlərə və sinirlərə təsir göstərmir.
“Son məlumatlara görə, sinir sinapsında mövcud olan asetilkolin blokadası 30 dəqiqə ərzində baş verir. Dərmanın daha güclü təsir göstərməsi və təsirin daha qabarıq olması üçün aktiv mimik hərəkətləri yerinə yetirməyi, qaşqabaq etmək tövsiyə olunur.
Neyroproteinlərin təsiri artıq ilk gündə və ya bir həftə ərzində özünü göstərir.
Ancaq yenə də prosedurun son nəticəsi inyeksiyadan 14 gün sonra qiymətləndirilməlidir. Hələ də heç bir təsir yoxdursa, o zaman dərmanın dozası az olub.
Botox inyeksiyalarına əks göstərişlər arasında kəskin yoluxucu xəstəliklər, immun çatışmazlığı, qızdırma var. Həmçinin 18 yaşdan kiçik xəstələrə botoks olunmamalıdır”.
Günay Quluzadə